S3 təlimatı bizə aşağıdakı müalicə seçimlərini təklif edir:
Daimi konservativ bazis terapiya:
- Antiaqreqantlar: (Asetilsalisil turşusu/Aspirin) 100 mq və ya Klopidoqrel 75 mq)
- Statinlə müalicə:(Hədəflənən LDL miqdarı < 55 mq/dl (xüsusilə yüksək risk qrupunda olan xəstələrdə)
- Siqareti tərgitmə
- Fiziki yükləmə altında yerimə məşqi
- Digər ürək-damar risk faktorlarının müalicəsi (arterial təzyiq, diabet və s.)
İnvaziv və ya açıq cərrahi müdaxilə:
- Endovaskulyar – qısa lezyonlarda (məs. <25 sm, TASC A/B və ya IIB mərhələdə individual qərar verilməli,III və IV (Fontaine) üstünlük verilir
- Açıq cərrahi müdaxilə– uzun məsafəli obliterasiyalarda, proksimal lezyonlarda,residiv və ya endovaskulyar müdaxilə uğursuz olduqda
Hazırki vəziyyətdə:
- Anatomiya: Sağ A. femoralis communis-də proksimal tıxanma
- Aşağıda qan axını yaxşıdır → texniki baxımdan cərrahi müdaxilə mümkündür
- Endovaskulyar müalicə: Bu tip lezyonlarda yüksək residiv riski
S3 təlimatına uyğun bizim müalicə taktikamız:
- S3 təlimatına əsasən, Fontaine IIb mərhələsində olan və konservativ müalicədən fayda görməyən pATX xəstələrinə invaziv müalicə (endovaskulyar və ya cərrahi) tövsiyə olunur. Bu seçim lezyonun morfologiyasına görə edilir. Biz, Patchplastik ilə açıq tromboendarterektomiyaya (TEA) göstərişni verdik (Şəkil 2).
Əməliyyat haqqında əsas məlumatlar:
- Qasıqda kəsik → AFC, AFS və APF damarları üzə çıxarıldı
- A.femoralis communis-də tromboendarterektomiya,A.iliaca externa-nın distal hissəsinə qədər və A.femoralis superficialis–in genişləndirilməsi
- Bovin materialı ilə damarın plastik genişləndirilməsi
- Əməliyyat zamanı edilən angioqrafiya ilə axının açıldığının təsdiqlənməsi
- Sağ aşağı ətrafda üçdamarlı qan axını mövcuddur
- Əməliyyatdan sonra: ayaqda hiss olunan nəbz, kapillyarların yaxşı dolması

2-TEA-dan sonrakı angioqrafiya və bovin plastika materialının 2 proyeksiyada görüntüsü

3-Yuxarı və aşağı ətrafların,həmçinin ayaq arteriyalarının angioqrafiyası
Postoperativ və medikamentoz müalicə (S3 təlimatı üzrə):
- S3 təlimatına görə əməliyyatdan sonra aşağıdakı tədbirlər yerinə yetirilir:
- Asetilsalisil turşusu 100 mq ömür boyu (və ya intoleranslıq yaranarsa Klopidoqrel 75 mq)
- Atorvastatin 40–80 mq/d – LDL səviyyəsinin aşağı salınması üçün (Hədəflənən miqdar: < 55 mq/dl)
- Hədəflənən arteial təzyiq: <130/80 mmHg
- Gəzinti məşqləri – kollateral damarların inkişafı üçün
- Əməliyyat yarasına nəzarət – 6 həftə sonra dupleks sonoqrafiya
- Uzunmüddətli damar müayinəsi – hər 6–12 aydan bir
Exercise Files