Təlim məzmunu
Aşağı Ətraflarda Periferik Arterial Tıxanma Xəstəliyi: müalicə taktikasını necə müəyyənləşdirməli?
Periferik arterial tıxanma xəstəliyi (pATX) generalizə olunmuş aterosklerozun tez-tez rast gəlinən təzahür formalarından biridir və əsasən aşağı ətrafların damarlarını zədələyir. 65 yaşdan yuxarı insanların təxminən 20%-ində pATX müşahidə olunur, lakin bu xəstələrin yalnız kiçik bir hissəsində klinik simptomlar yaranır. Buna baxmayaraq, xəstəliyin əlamətləri gündəlik həyat fəaliyyətində ciddi məhdudiyyətlər yaradır və müalicə olunmadıqda bu vəziyyət amputasiyaya qədər irəliləyə bilər.
0/7
Aşağı Ətraflarda Periferik Arterial Tıxanma Xəstəliyi: müalicə taktikasını necə müəyyənləşdirməli?

TASC – II təsnifatı (TransAtlantic Inter-Society Consensus, 2007) zədələnmələrin (lezyonların) morfoloji qiymətləndirilməsinə xidmət edir və müalicə üsulunun seçilməsi üçün (invaziv endovaskulyar və ya açıq cərrahi) əsas meyardır. Bu təsnifatda A-D tipləri üzrə aortoiliakal və femoropopliteal seqmentləri ayrı-ayrılıqda qiymətləndirilir.

 

Aortoiliakal Seqment

TASC    Tipi

Lezyon Tipləri

A

Sadə, qısa (<3 sm)  A. iliaca communis və ya externa-nın daralması

B

<5 sm uzunluğunda, kalsifikasiyasız daralmalar; birtərəfli obliterasiya

C

Qalça arteriyasının ikitərəfli tutulması, uzun (>3–10 sm) stenozlar və ya yayılmış lezyonlar

D

Uzun məsafəli ikitərəfli tutulma və ya iliak-/aortal seqmentlərin eyni zamanda zədələnməsi 

 

Femoropopliteal Seqment

TASC Tipi

Lezyon Tipləri

A

Sadə stenozlar <10 sm – A. femoralis superficialis (AFS) və ya A. poplitea daxilində

B

Çoxsaylı stenozlar <15 sm (eyni seqmentdə deyil); qısa (<5 sm) oklüziyalar

C

Uzun stenozlar >15 sm və ya oklüziyalar >5 sm; çoxsaylı, lakin distalda kifayət qədər axın (run-off) olan

D

Bütün AFS (a. femoralis superficialis) və/və ya popliteal arteriya boyu tam tutulma; zəif distal qan axını (run-off yoxdur) ilə müşayət olunan çoxsaylı lezyonlar

 

Aşağıda S3 Təlimatına (2023) uyğun olaraq TASC təsnifatı əsasında hazırlanmış müalicə tövsiyələri sxematik şəkildə təqdim edilir.

TASC Tipi

Üstünlük verilən müalicə seçimləri 

A

Endovaskulyar müalicə: PTA – balonla genişləndirmə və ya stent qoyulması 

B

Anatomik mümkündürsə stent qoyulması 

C

Endovaskulyar və ya açıq cərrahi müdaxilə  

D

Açıq cərrahi müdaxilə: şuntlama, TEA- Tromboendarterektomiya, Hybrid yanaşma- açıq və endovaskulyar müalicəsinin birgə istifadəsi