Biz, sağ ayaqda fiziki yükdən asılı olan fasiləli axsama və təqribən 200 metr ağrısız gəzinti məsafəsi ilə müşayiət olunan qadın xəstənin klinik halını təqdim edirik.İnstrumental müayinəyə əsasən A. femoralis communis-in sağ tərəfli obliterasiyası, A. profunda femoris və A. femoralis superficialis-də saxlanılmış kollateral qan axımı, həmçinin yetərli səviyyədə açıq damar yolu olduğu görüldü. Konsilium və S3 təlimatının tövsiyyələrinə əsasən femoral bifurkasiyada öküzdən alınan (bovin) plastika materialı ilə açıq tromboendarterektomiya və nəzarət üçün invaziv angioqrafiya yerinə yetirildi.
Bu hal IIb mərhələdə olan PAOX xəstələrində fərdi müalicə planlaşdırmasının vacibliyini bir daha vurğulayır. Göstərişin düzgün təyin edilməsi ilə yanaşı, müdaxilədən sonrakı ikincili profilaktika – antiaqqreqantlar, lipid səviyyəsinin aşağı salınması, gəzinti məşqləri və risk faktorlarının nəzarətdə saxlanılması – uzunmüddətli uğur üçün əsasdır.
Təqdim edilən hal IIb Fontaine mərhələsində, fasiləli axsama müşahidə olunan, təxminən 200 metr ağrısız gəzinti məsafəsi olan qadına aiddir və burada konservativ tədbirlər yetərsiz qaldıqda revaskulyarizasiya üçün tipik göstəriş mövcuddur. PAOX üzrə S3 təlimatına əsasən, lazımi diaqnostikadan və anatomik şəraitin qiymətləndirilməsindən sonra fərdi müalicə yanaşması tövsiyə olunur.
Konservativ müalicə variantları:
Əsas olaraq konservativ müalicə bütün PAOX xəstələrində əvvəlcə tətbiq edilməli və optimallaşdırılmalıdır. Bunlara aşağıdakılar daxildir:
-
- Strukturlaşdırılmış gəzinti məşqi (həftədə 3–5 dəfə, hər dəfə ≥30 dəqiqə) – gəzinti məsafəsini və funksional qabiliyyəti artırmaq üçün.
- Medikamentoz ikincili profilaktika:Trombositlərin aqreqasiyasının qarşısını almaq: məsələn, gündə 100 mq asetilsalisil turşusu və ya 75 mq Klopidoqrel.
- Lipidlərə nəzarət: Yüksək riskli xəstələrdə hədəflənən LDL xolesterol səviyyəsi <55 mq/dl. Çox vaxt yüksək dozalı statinlər (Atorvastatin ≥40 mq və ya Rozuvastatin ≥20 mq) təyin edilir
- Risk faktorlarına nəzarət: Qan təzyiqinin tənzimlənməsi, siqaretdən imtina, diabetin idarəsi və çəki azaldılması.
- Seçimə bağlı olaraq: Müəyyən xəstələrdə xilostazol istifadəsi, əgər ürək üçün əks göstəriş yoxdursa.
Klinik nümunəmizdə xəstənin ağrısız yerimə məsafəsi üzrə subyektiv məhdudiyyətləri o qədər əhəmiyyətli idi ki, konservativ yanaşma kifayət qədər hesab edilmədi.
Endovaskulyar alternativlər:
Açıq trombendarterektomiya qərarına gəlməzdən əvvəl, uyğun avadanlıq olduqda endovaskulyar üsullar da nəzərə alına bilərdi. Perkutan transluminal angioplastika (stentlə və ya stentsiz) – xüsusilə yumşaq materialdan və qısa seqment tıxanmalarda alternativ ola bilərdi.Lakin A. femoralis communis-in xroniki okklüziv seqmentlərində bu, texniki baxımdan çətin olur və təkrar tutulma (restenoz) riski yüksəkdir.
Digər ixtisaslaşmış üsullar:
- Jetstream®-aterektomiya: Fırlanan sistemlə lövhə və trombotik materialların mexaniki şəkildə çıxarılması.
- Rotarex®/HawkOne™ sistemləri: Uzun və ya trombotik, kalsium yüklü tutulmalarda istifadə olunur.
- Hibrid prosedurlar: Məhdud cərrahi girişlə intraluminal (boşluqdaxili) terapiyanın birləşməsi.
Bu texnikalar xüsusi bilik, logistika və angio-avadanlıq tələb edir və hər mərkəzdə mövcud olmur. Mövcud elmi məlumatlara görə, xüsusən femoral bifurkasiyada cərrahi TEA (trombendarterektomiya) həm damarların açıq qalma nisbəti, həm də yenidən müdaxilə ehtiyacının az olması baxımından endovaskulyar terapiyayanı üstələyir.
Cərrahi yanaşma:
Tamamən okklüziyaya uğramış və kalsifikasiyalı seqment, yaxşı distal axın (AFS və APF) və kifayət qədər kollateral axın mövcud olduğuna görə bu hal üçün femoral bifurkasiya səviyyəsində açıq trombendarterektomiya seçildi. Öküzdən alınan plastika materialının istifadəsi damar boşluğunun genişliyini artırır və yenidən tıxanma riskini minimal səviyyəyə endirir. İntraoperativ anqiografiya uğurlu rekanalizasiyanı və baldırın üç damarının açıq olduğunu təsdiqlədi. Cərrahi müdaxilə hər şeydən öncə, A. femoralis communis lezyonlarında endovaskulyar metodların əksinə daha çox üstünlüklər təklif edir, bu da həmçinin S3 təlimatına görə də dəstəklənir.
Yekun:
Endovaskulyar terapiya dövründə belə, seçilmiş hallarda açıq trombendarterektomiya əla bir metod olaraq qalır. S3 təlimatı bizə qərarlarımız üçün aydın sərhədlər təqdim edir, lakin son qərar üçün anatomik xüsusiyyətlər və pasiyentlə aparılan fərdi müzakirə həlledicidir. Bu klinik nümunə nəticələrin diqqətlə qiymətləndirilməsinin, pasiyentə spesifik olaraq planlama və təlimata əsasən strukturlaşdırılmış qərarvermə prosesinin vacibliyini göstərir