TASC – II təsnifatı (TransAtlantic Inter-Society Consensus, 2007) zədələnmələrin (lezyonların) morfoloji qiymətləndirilməsinə xidmət edir və müalicə üsulunun seçilməsi üçün (invaziv endovaskulyar və ya açıq cərrahi) əsas meyardır. Bu təsnifatda A-D tipləri üzrə aortoiliakal və femoropopliteal seqmentləri ayrı-ayrılıqda qiymətləndirilir.
Aortoiliakal Seqment
|
TASC Tipi |
Lezyon Tipləri |
|
A |
Sadə, qısa (<3 sm) A. iliaca communis və ya externa-nın daralması |
|
B |
<5 sm uzunluğunda, kalsifikasiyasız daralmalar; birtərəfli obliterasiya |
|
C |
Qalça arteriyasının ikitərəfli tutulması, uzun (>3–10 sm) stenozlar və ya yayılmış lezyonlar |
|
D |
Uzun məsafəli ikitərəfli tutulma və ya iliak-/aortal seqmentlərin eyni zamanda zədələnməsi |
Femoropopliteal Seqment
|
TASC Tipi |
Lezyon Tipləri |
|
A |
Sadə stenozlar <10 sm – A. femoralis superficialis (AFS) və ya A. poplitea daxilində |
|
B |
Çoxsaylı stenozlar <15 sm (eyni seqmentdə deyil); qısa (<5 sm) oklüziyalar |
|
C |
Uzun stenozlar >15 sm və ya oklüziyalar >5 sm; çoxsaylı, lakin distalda kifayət qədər axın (run-off) olan |
|
D |
Bütün AFS (a. femoralis superficialis) və/və ya popliteal arteriya boyu tam tutulma; zəif distal qan axını (run-off yoxdur) ilə müşayət olunan çoxsaylı lezyonlar |
Aşağıda S3 Təlimatına (2023) uyğun olaraq TASC təsnifatı əsasında hazırlanmış müalicə tövsiyələri sxematik şəkildə təqdim edilir.
|
TASC Tipi |
Üstünlük verilən müalicə seçimləri |
|
A |
Endovaskulyar müalicə: PTA – balonla genişləndirmə və ya stent qoyulması |
|
B |
Anatomik mümkündürsə stent qoyulması |
|
C |
Endovaskulyar və ya açıq cərrahi müdaxilə |
|
D |
Açıq cərrahi müdaxilə: şuntlama, TEA- Tromboendarterektomiya, Hybrid yanaşma- açıq və endovaskulyar müalicəsinin birgə istifadəsi |