Aşağıda PAOX – un Fontaine Təsnifatı və S3 Təlimatına görə müalicə yanaşması sxematik olaraq verilmişdir. Fontaine Təsnifatı, PAOX – un klinik təzahürlərini mərhələlərlə ifadə edən və tibbi qərarları yönləndirən təsnifatdır.
|
Klinik mərhələ |
S3-Təlimata əsasən Müalicə |
|
I – Simptomsuz |
1.Bazis terapiya: siqaretin tərgidilməsi, hərəkətliliyin artırılması, Asetilsalisil turşusu və ya Klopidoqrel ilə müalicə, Statinlərin təyin edilməsi 2.Risk faktorlarına nəzarət |
|
IIa – >200 m məsafədə fasiləli axsama |
1.Konservativ müalicəyə üstünlük verilir: mütəmadi gəzinti ≥3 dəfə/həftə, ≥30 dəq., 2.Bazis terapiya |
|
IIb – <200 m məsafədə fasiləli axsama |
Konservativ müalicə yetərsizdirsə: endovaskulyar və ya cərrahi revaskulyarizasiya (TASC təsnifatına uyğun) |
|
III – Hərəkətsiz vəziyyətdə yaranan ağrılar |
İnvaziv müdaxilə vacibdir (endovaskulyar və ya açıq) Konservativ müalicənin optimallaşdırılması Hospitalizasiya və cərrahi müdaxiləyə hazırlıq |
|
IV – Xora, nekroz, qanqrena |
Təcili revaskulyarizasiya, infeksiyaya qarşı antibiotik müalicəsi, yaraların müalicəsi, amputasiyanın qarşısının alınması |