Aşağı Ətraflarda Periferik Arterial Tıxanma Xəstəliyi: müalicə taktikasını necə müəyyənləşdirməli?

Kateqoriyalar: Health & Fitness
Bəyəndiklərim Paylaş
Share Course
Page Link
Share On Social Media

Təlim haqqında

Periferik arteriyaların okklüziv xəstəliyi (PAOX) generalizə olunmuş aterosklerozun tez-tez rast gəlinən təzahür formalarından biridir və əsasən aşağı ətrafların damarlarını zədələyir. 65 yaşdan yuxarı insanların təxminən 20% – də PAOX müşahidə olunur, lakin bu xəstələrin yalnız kiçik bir hissəsində klinik simptomlar yaranır. Buna baxmayaraq, xəstəliyin əlamətləri gündəlik həyat fəaliyyətində ciddi məhdudiyyətlər yaradır və müalicə olunmadıqda bu vəziyyət amputasiyaya qədər irəliləyə bilər.

 

Bu, Davamlı Tibb Təhsili – DTT təlimində Almaniyada cərrahi müdaxilə etdiyim bir kliniki hadisə əsasında, PAOX xəstələrində diaqnostika və müalicə yanaşmalarını təqdim etmək istəyirəm. Həmin hadisə, klinik praktikada tez-tez rast gəlinən, lakin asan olmayan – konservativ və invaziv müalicə arasında qərar qəbul edilməsini tələb edən bir vəziyyəti əks etdirir. Mövcud klinik nümunə əsasında bizim klinik praktikadakı istifadə etdiyimiz diaqnostik yanaşma və müalicə qərarlarının necə verildiyini müzakirə edəcək və qərarvermə prosesinə diqqət çəkməyə çalışacağıq.

 

Hal-hazırda Almaniyada qüvvədə olan S3 səviyyəli klinik təlimat (AWMF Qeydiyyat Nömrəsi 065-003, 2023-cü il buraxılışı) PAOX-in diaqnostikası, müalicəsi və sonrakı nəzarəti üçün əsas baza sənədi hesab olunur. Təlimatda Fontaine və ya Rutherford təsnifatına əsaslanaraq mərhələyə uyğun yanaşma tövsiyə edilir və konservativ, endovaskulyar və açıq cərrahi müalicə üsulları təsvir edilmişdir. Bu səbəbdən sizə mövcud təsnifatlar barədə məlumat təqdim edəcəyik. Xüsusilə Fontaine təsnifatına diqqət yetiriləcək, çünki bu təsnifat diaqnostika və müalicə prosesində praktik və standartlaşdırılmış yanaşma təklif edir.

Ətraflı

What Will You Learn?

  • Testing

Təlim məzmunu

Aşağı Ətraflarda Periferik Arterial Tıxanma Xəstəliyi: müalicə taktikasını necə müəyyənləşdirməli?
Periferik arterial tıxanma xəstəliyi (pATX) generalizə olunmuş aterosklerozun tez-tez rast gəlinən təzahür formalarından biridir və əsasən aşağı ətrafların damarlarını zədələyir. 65 yaşdan yuxarı insanların təxminən 20%-ində pATX müşahidə olunur, lakin bu xəstələrin yalnız kiçik bir hissəsində klinik simptomlar yaranır. Buna baxmayaraq, xəstəliyin əlamətləri gündəlik həyat fəaliyyətində ciddi məhdudiyyətlər yaradır və müalicə olunmadıqda bu vəziyyət amputasiyaya qədər irəliləyə bilər.