Kəskin ağırlaşmamış divertikuliti olan xəstələrin təxminən 10 – 20 % – də şiddətli ağrılar, yüksək hərarət, yanaşı xəstəliklərin mövcudluğu səbəbindən stasionar müalicəyə ehtiyac yarana bilir. Xüsusən immun sistemi zəifləmiş xəstələrdə xəstəliyin gedişini yaxından izləmək, ehtiyac olduqda kolsultasiyaları vaxtında təşkil edə bilmək üçün müalicənin stasionar şəraitdə aparılması məsləhət görülür.
Stasionar şəraitdə aparılan konservativ müalicə itədbirləri intravenoz antibiotik terapiyası, hidrotasiya, ağrıkəsici (asedaminofen) və spazmolitiklərin verilməsi və tam bağırsak istirahətini (və ya şəffaf maye qəbulu) əhatə edir. Xəstələrdə 48 – 72 saatlıq müalicədən sonra yaxşılaşma müşahidə edilərsə, əlamətləri keçərsə, nisbətən qatı qida pəhrizinə, per oral antibiotiklərə keçmək və ambulator müalicə ilə davam etmək mümkün olur.
Ağırlaşmamış divertikuliti olan xəstələrin əksəriyyətində (91-95%) konservativ müalicə tədbirlərinin effektiv olduğu bildirilir. Parenteral antibiotiklərlə yaxşılaşma görülməyən və ya müalicə dövründə vəziyyəti pisləşən hər xəstəyə, inkişaf edə biləcək ağırlaşmaları istisna etmək üçün KT müayinəsi ilə təkrar dəyərləndirmə aparılmalıdır.