Sol Qalça Çuxurunda Ağrı / Kəskin Divertikulit Şübhəsi Olan Xəstələrdə Müayinə və Müalicə Taktikası

Kəskin divertikulitli xəstələrin çoxu geniş spektrli oral antibiotiklər, şəffaf və ya az qarışıqlı maye qida pəhrizi ilə ambulator müalicəyə cavab verir. Antibiotiklərə adətən 710 gün davam edilir. Bu xəstələrdə xüsusi yataq rejiminə ehtiyac yoxdur. Yüngül ağırlaşmamış forma divertikuliti olan, sistemik iltihab əlamətləri, hərarəti olmayan, immun sistemi normal olan xəstələrdə antibiotic təyin edilməyə bilər.

 

Əgər simptomlar 4872 saatdan sonra yaxşılaşmazsa, qram-mənfi, qram-müsbət və anaerob bakteriyalara təsir edən geniş spektrli antibiotikə başlanılmalı və 710 gün davam etdirilməlidir. Şəffaf ve ya az qarışıqlı maye qida pəhrizi 2-3 gün sonra az lifli pəhrizlə əvəz olunur və ağrılar keçənə kimi belə davam edilir. Müalicə vaxtı ağrısı olan xəstələr asetaminofen və spazmolitiklər qəbul edə bilər.

 

Ambulator müalicəyə göndərilən xəstələri 7 gün ərzində yenidən qiymətləndirməsi məsləhət bilinir. Klinik vəziyyət pisləşərsə, yenidən qiymətləndirmə daha əvvəl aparılmalıdır.

 

Rejimləri

 

  • Trimetoprim/sulfametoksazol, gündə iki dəfə 160 mq/800 mq oral + metronidazol, gündə üç dəfə 500 mq, oral
  • Amoksisillin/klavulanat, 875 mq/125 mq (uzadılmış təsirli buraxılış forması – gündə iki dəfə, adi buraxılış forması – gündə üç dəfə) oral
  • Siprofloksasin, gündə iki dəfə 500 mq, oral olaraq + metronidazol, gündə üç dəfə 500 mq, oral
  • Moksifloksasin*, gündə bir dəfə 400 mq oral
  • Levofloksasin, gündə bir dəfə 750 mq oral + metronidazol, gündə üç və ya dörd dəfə 500 mq oral

* Beta-laktam antibiotikləri və metronidazolu tolerə etməyən xəstələrdə ikinci sıra