Sol Qalça Çuxurunda Ağrı / Kəskin Divertikulit Şübhəsi Olan Xəstələrdə Müayinə və Müalicə Taktikası

Kəskin divertikulitlə xəstəxanaya yerləşdirilən xəstələrin böyük hissəsi konservativ yolla müalicə oluna bilsə də, 25%-ə qədərində təcili cərrahi müdaxiləyə zərurət yarana bilir.

 

Təcili cərrahi müadaxiləyə göstərişlər

 

▪  Hinchey təsnifatına görə dərəcə −1b və ya 2 olan xəstələrdə antibiotik müalicəsi effektsiz olduqda və perkütan drenaj etmək mümkün olmadıqda, və yaxud drenaj tətbiq edilsə də nəticəsi  qeyri-effektiv olan xəstələrdə cərrahi müalicəyə göstəriş yaranır.

 

▪  Hinchey təsnifatına görə III və ya IV dərəcəli divertikuliti olan xəstələrdə cərrahi müdaxilə standart müalicə hesab edilir.

 

Perforasiya olunmuş divertikulitlər zamanı yayılmış peritonitlə ağırlaşan xəstələr adətən kritk ağır vəziyyətdə olur, təcili maye köçürülməsi və antibiotic müalicəsinə, cərrahi müdaxiləyə eytiyac duyurlar. Belə xəstələrin mütləq sayı çox olmasa da aparılan cərrahi strategiyadan asılı olmayaraq yüksək ölüm göstəricisi ilə xarakterizə olunurlar. 

 

Kəskin soltərəfli divertikulitə görə icra edilən cərrahi əməliyyatlar

 

  1. Hartman əməliyyatı – siqmoid bağrsağın rezeksiyası və uc kolostomanın çıxarılması. Əsasən hemidinamik qeyri-stabil və çoxsaylı yanaşı xəstəlikləri olan, yaşlı, yüksək riskli ağır xəstələrdə birinci mərhələ əməliyyat kimi tətbiq edilir. Vəziyyətdən asılı olarq 3−6 ay sonra aparılan planlı əməliyyatla bağırsaq davamlılığı bərpa olunur;

  2. Diversion ileostoma ilə və ya onsuz icra edilən siqma bağırsağın rezeksiyası və birincili anastomoz qoyulması. Bu əməliyyat ümumi vəziyyəti stabil, yanaşı xəstəlikləri olmayan, immun statusu normal olan xəstələrdə icra edilir. 

  3. Xəsər nəzarəti (ing. “damage control”) əməliyyatı – tez bir zamanda icra edilən, infeksiya mənbəyini aradan qaldırmağa yönəlmiş minimal (perforasiya yerinin tikilməsi/local rezeksiya) əməliyyatdır. Bu əməliyyatlar çoz az-az hallarda, çox ağır, qeyri-stabil vəziyyətdə olan, daha böyük həcmli əməliyyatı keçirə bilməyəcək xəstələrdə həyata keçirilir. Aparılan intensiv müalicələrlə vəziyyəti stabilləşən xəstələr 24−48 saat sonra təkrar əməliyyata götürülür və yüxarıda göstərilən iki variantdan biri icra edilir.

  4. Laparoskopik peritoneal lavaj və qarın boşluğunun drenajı – yayılmış peritoniti olan (Hinchey III dərəcə ) çox seçilmiş xəstələrdə tətbiq edilə bilər. Əməliyyat stoma çıxarılmasını önləmək və sonrakı mərhələdə birincili anastomozla bağırsağın rezeksiyasını edə bilmək məqsədilə həyata keçirilir. Postoperasion ağırlaşmaların, təkrar əməliyyata eytiyac yaranma hallarının çox olması səbəbiylə geniş tövsiyə olunmur və peritonitli xəstələrdə birinci sıra müalicə hesab edilmir.

Kəskin ağırlaşmış divertikulit zamanı Hinchey təsnifatına görə I-II dərəcəli xəstəliyi olan xəstələrdə yuxarıda qeyd edilən rezeksion əməliyyatlar təcrübəli mütəxəsis və müvafiq şərait olduğu hallarda laparoskopik üsulla da icra edilə bilər. 

 

Planlı cərrahi müdaxilələr

 

Ənənəvi olaraq, planlı sigmoidektomiya əməliyyatlarının divertikulitin ikinci epizodundan sonra həyata keçirilməsi məsləhət bilinirdi. Ancaq, son məlumatlar bu yanaşmanın üstünlüyünü təkzib etməkdədir.

Müasir təlimatlar cərrahi seçim kriteriyalarına təkcə divertikulit epizodlarının sayı deyil, onların şiddəti və təkrarlanma tezliyi, xəstənin immumoloji statusu və yanaşı xəstəliklərinin mövcudluğu, anesteziyanın riski, kəskinləşmədən sonra davam edən simptomatologiyası, kəskinləşmə hallarının xəstənin gündəlik həyat fəaliyyətinə və iş qabiliyyətinə təsiri, xəstənin özünün istəyi kimi amillərin daxil edilməsini və hər bir xəstə üçün fərdi yanaşmanı tövsiyə edir. İmmun sistemi zəyifləmiş xəstələrdə kəskin divertikulitin ilk epizodundan sonra belə sakit dövrdə planlı əməliyyat edilməsi məsləhət bilinir. 

 

 

Divertikulit səbəbilə planlı sigmoidektomiyanın aparılması zamanı istifadə olunan texnikadan (açıq, laparoskopik və ya robotik) asılı olmayaraq, siqma bağırsağın tam çıxarılması, proksimal və distal anastomoz uclarının sağlam, qan təhcizatının yaxşı vəziyyətdə olması və anastomozun gərginlik olmadan formalaşdırılması vacibdir.

 

 

Residiv riskini azaltmaq məqsədilə, divertikulit anamnezi olan xəstələrə həyat tərzinə dair aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

 

  • Meyvə, tərəvəz, tam taxıllar və paxlalı bitkilər kimi yüksək lif tərkibli qidalardan ibarət balanslaşdırılmış bir pəhrizlə qidalanmaq, qırmızı ətdən və sirniyyat məhsullarından mümkün qədər az istifadə etmək;
  • Normal bədən kütlə indeksinə (BKİ) nail olmaq və ya onu qoruyub saxlamaq;
  • Mütəmadi fiziki aktivliklə məşğul olmaq;
  • Siqaret çəkməmək.

 

Bundan əlavə, divertikulit keçirmiş xəstələr, kardiovaskulyar xəstəliklərin profilaktikası məqsədilə təyin olunmuş aspirin istifadəsi istisna olmaqla, qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) həftədə iki dəfə və ya daha çox şəkildə müntəzəm qəbulundan çəkinməlidirlər.