Sol Qalça Çuxurunda Ağrı / Kəskin Divertikulit Şübhəsi Olan Xəstələrdə Müayinə və Müalicə Taktikası

Uncategorized
Bəyəndiklərim Paylaş
Share Course
Page Link
Share On Social Media

Təlim haqqında

Bu təlim Davamlı Tibb Təhsili (DTT) proqramı çərçivəsində, Azərbaycanda zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə “Qlobal Cərrahiyyə 2030” təşəbbüsünün tərkib hissəsi kimi hazırlanmışdır.

 

Təlim klinikalarımızda “Kəskin qarın” hallarının idarə olunmasına həsr edilmiş kliniki standartın bir bölməsini təşkil edir. Burada kəskin kolon divertikuliti birinci səviyyəli tibb mərkəzlərinin, təcili yardım şöbələrinin həkimləri, cərrahlar və gastroenteroloqların tez-tez rast gəldiyi klinik vəziyyətlərdən biri  üzrə həkimlər üçün praktik tövsiyələr təqdim olunur.

 

Klinik təzahürləri yüngül qarın ağrısından başlayaraq yayılmış peritonit və sepsisə qədər dəyişə bilən bu patologiyanın rastgəlmə tezliyi son onilliklər ərzində bütün dünyada əhəmiyyətli dərəcədə artmışdır.

İnkişaf etmiş ölkələrdə yoğun bağırsaq divertikulları 50–60 yaş aralığındakı insanların təqribən 40%-ində, 80 yaşdan yuxarı şəxslərin isə 70%-ə qədərində müşahidə olunur. Müasir dövrdə gənc yaş qruplarında da divertikulların daha tez-tez aşkarlanması, əsasən, həyat tərzi və qidalanma vərdişlərində baş verən dəyişikliklərlə əlaqələndirilir.

 

Mövcud statistik göstəricilərə əsasən, divertikulozu olan şəxslərin təxminən 4–5%-ində (bəzi mənbələrə görə isə 10–25%-ində) həyatları boyu divertikulit inkişaf edir. Bu halların təqribən 15%-i abses, fistula və ya peritonit kimi ağır fəsadlarla müşayiət olunur. Qeyd edilən ağırlaşmalarla inkişaf edən kəskin divertikulit formalarında ölüm göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəl olduğu bildirilir.

Ətraflı