Cərrahlar üçün Laparoskopiya üzrə baza təlimi
Təlim haqqında
Bazis laparoskopik kurs ümumi cərrahlar üçün nəzərdə tutulmuşdur və minimal invaziv cərrahiyyənin əsas prinsiplərini öyrətməyə yönəlib. Kurs çərçivəsində iştirakçılara laparoskopik cərrahiyyəyə göstərişlər, istifadə olunan alət və avadanlıqların texniki xüsusiyyətləri, onların düzgün tətbiqi və təhlükəsizlik qaydaları haqqında geniş nəzəri biliklər təqdim ediləcəkdir.
Təlimin praktiki hissəsində simulyasiya və tapşırıqlar vasitəsilə cərrahların əl bacarıqları və motor koordinasiyası təcrübəli mentorların nəzarəti altında inkişaf etdiriləcəkdir. İştirakçılar laparoskopik texnikalar üzrə dərinləşmiş təcrübə qazanaraq simulyatorlar üzərində xolesistektomiya və appendektomiya əməliyyatlarını sərbəst şəkildə yerinə yetirənə qədər məşq etmək imkanına malik olacaqlar.
Kurs, həmçinin əməliyyat zamanı yaranan potensial çətinliklərin idarə olunması və fəsadların qarşısının alınması üzrə biliklərin formalaşdırılmasına yönəlib.
Təlim məzmunu
Nəzəri Biliklər və Avadanlıq Tanıtımı
-
-
1-ci Gün üçün Qısa Yoxlama Sualları