Cərrahlar üçün Laparoskopiya üzrə baza təlimi

Kateqoriyalar: Surgery
Bəyəndiklərim Paylaş
Share Course
Page Link
Share On Social Media

Təlim haqqında

Bazis laparoskopik kurs ümumi cərrahlar üçün nəzərdə tutulmuşdur və minimal invaziv cərrahiyyənin əsas prinsiplərini öyrətməyə yönəlib. Kurs çərçivəsində iştirakçılara laparoskopik cərrahiyyəyə göstərişlər, istifadə olunan alət və avadanlıqların texniki xüsusiyyətləri, onların düzgün tətbiqi və təhlükəsizlik qaydaları haqqında geniş nəzəri biliklər təqdim ediləcəkdir.

Təlimin praktiki hissəsində simulyasiya və tapşırıqlar vasitəsilə cərrahların əl bacarıqları və motor koordinasiyası təcrübəli mentorların nəzarəti altında inkişaf etdiriləcəkdir. İştirakçılar laparoskopik texnikalar üzrə dərinləşmiş təcrübə qazanaraq simulyatorlar üzərində xolesistektomiya və appendektomiya əməliyyatlarını sərbəst şəkildə yerinə yetirənə qədər məşq etmək imkanına malik olacaqlar.

Kurs, həmçinin əməliyyat zamanı yaranan potensial çətinliklərin idarə olunması və fəsadların qarşısının alınması üzrə  biliklərin formalaşdırılmasına yönəlib.

What Will You Learn?

  • Know how to configure Wordpress for best results
  • Understand plugins & themes and how to find/install them
  • Protect their Wordpress website from hackers and spammers
  • Create a static homepage useful for most websites, or a blog like homepage useful for bloggers.
  • Create an affiliate site for passive, recurring income
  • Create a Responsive Website that looks good on any browser

Təlim məzmunu

Nəzəri Biliklər və Avadanlıq Tanıtımı
Modul 1: Laparoskopiyaya giriş Laparoskopiyanın tarixi və inkişaf mərhələləri Ən çox istifadə olunan laparoskopik prosedurlar Açıq və laparoskopik əməliyyatın müqayisəsi Modul 2: Laparoskopik avadanlıqlar Trokarlər, kamera sistemləri, insuflatorlar Veress iynəsi, elektrocərrahi alətlər Sterilizasiya və təhlükəsizlik tədbirləri

Praktiki Təlim (Simulyator üzərində)
Modul 3: Əsas texnikalar Kamera ilə görüntünün əldə edilməsi və orientasiya Əllə koordinasiya və alətlərlə işləmə bacarığı Düyün bağlama və tikiş texnikaları (dry lab – quru simulyatorlar üzərində) Modul 4: Təhlükəsizlik və fəsadlar Qarının şişirdilməsi (pneumoperitoneum) Ən çox rast gəlinən komplikasiyalar və onların qarşısının alınması Əməliyyat zamanı təcili vəziyyətlərin idarəsi

Canlı Video Göstərişi və Qiymətləndirmə
Modul 5: Kliniki hallar üzərində təhlil Əvvəlcədən çəkilmiş real əməliyyat videolarının izahı Prosedur planlaması və qərarvermə bacarıqlarının inkişafı