Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası

Aktiv iltihabi bağırsaq xəstəliyi (Kron xəstəliyi) ilə əlaqəli obstruksiyalarda xəstələr ilkin mərhələdə adətən steroidlərlə müalicəyə cavab verirlər. Parakolik abseslər perkutan üsulla drenə edilə bilər. Konservativ müalicələrin effektiv olmadığı, davaml fibrotik daralmalrı olan xəstələrdə cərrahi müdaxiləyə sağlam toxuma sərhədləri səviyyəsində seqmentar rezeksiyalara zərurət yarana bilər. Qeyri-stabil, septik, qidalanma əksikliyi olan xəstələrdə, həmçinin steroid müalicəsi, yüksək doza immunosupressor terapiyası alan şəxslərdə rezeksiya sonrası kolostoma çıxarılması uyğun yanaşma hesab edilir. 

 

 

Yad cisimlər adətən endoskopik və transanal yolla yolla çıxarıla bilir.

 

 

Fekal impaksiyaların aradan qaldırılması üçün adətən per os verilən nəcis yumşaldıcılar və işlədicilərlə yanaşı, yataqda və ya anesteziya altında əməliyyat otağında manual disimpaksiya tətbiq edilir.

 

 

YBK fonunda ağrılı, gərgin, yerinə qayıtmayan – boğulmuş, üzərində dəri dəyişiklikləri müəyyən edilən və bağırsaq işemiyası şübhəsi yaradan yırtıqlar müəyyən olunan xəstələrə təcili cərrahi müdaxilə aparılmalıdır. Bağırsaq zədələnməsinin olmadığı qənaətinə gəlib yırtığı reduksiya etmək mümkün olarsa, xəstələrə gecikmiş bağırsaq işemiyası və potensial perforasiya riskinin monitorinqi (24 saat ərzində) tələb olunur.

 

 

Böyüklərdə rast gəlinən yoğun bağırsaq invaginasiyalarının , uşaqlardan fərqli olaraq, demək olar ki, həmişə polip, stromal şiş və xərçəng kimi patoloji “aparıcı kütləsi” olur. Malignitə ileokolik və kolonik invaginasiyaların 37−47%-də rast gəlindiyi üçün, əksər müəlliflər onkoloji prinsiplərə uyğun olaraq, reduksiya etmədən cərrahi rezeksiya edilməsini tövsiyə edirlər.