Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası

Kəskin divertikuliti olan xəstələrin təxminən 67%-də obstruksiya əlamətləri, 10%-də isə tam obstruksiya müşahidə edilir. Hissəvi obstruksiyası olan xəstələr çox vaxt konservativ müalicəyə (infusion və antibakterial terapiya, nazoqastral zond, az miqdar maye və ya qastroqrafinlə ehtiyatlı imalə) yaxşı cavab verirlər. Keçməməzlik aradan qalxdıqdan sonra bu xəstələrə planlı cərrahi əməliyyat aparılır. Müalicə effektiv olmursa və ya obstruksiya tam xarakterlidirsə, təcili əməliyyat zəruri olur. Bu vəziyyətdə ən təhlükəsiz müadaxilə Hartman əmliyyatıdır. Lakin proksimal bağırsağın vəziyyətindən, eləcə də xəstənin risk faktorlarından asılı olaraq, yoğun bağırsağın sol yarısının şiş mənşəli keçməməzliklərində olduğu kimi, digər qərarlar da qəbul edilə biər.