YBK olan xəstələr xəstəxanaya həm yarımkəskin klinik gedişə uyğun simptomlarla, həm də çox kəskin və həyati təhlükə yaradan vəziyyətlərlə müraciət edə bilərlər. Bu xəstələrdə tez-tez sepsis, dehidratasiya və hemodinamik qeyri-sabilliyin yaranma riski olunduğundan, təcili tibbi və cərrahi müdaxilələrə ehtiyac yaranır. Belə halların effektiv idarə olunması isə yüksək ixtisaslı cərrahi və endoskopik xidmətin mövcudluğunu zəruri edir. Bu səbəbdən, kəskin YBK-ya uyğun anamnezi və klinik əlamətləri olan bütün xəstələr dərhal ikinci səviyyəli tibbi xidmətə yönləndirilməlidirlər. Yüksək ixtisaslı tibbi yardımın təmin edilməsi üçün müxtəlif sahələr üzrə mütəxəssislərin – xüsusilə qastroenteroloq, radioloq, onkoloq və kolorektal cərrahın multidissiplinar əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.
Kəskin Qarın: Kəskin Yoğun Bağirsaq Keçməməzliyi Zamanı Müayinə və Müalicə Taktikası
0/12